Keçmiş məmurun quru adı olan federasiyası: 8 ildə sıfır nəticəbackend

Keçmiş məmurun quru adı olan federasiyası: 8 ildə sıfır nəticə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın kişilərdən ibarət basketbol yığması FİBA milli komandaların reytinq cədvəlindən kənarlaşdırılıb. 164 komanda arasında yer almamanın səbəbi kimi millinin son 8 ildə heç bir rəsmi matça çıxmamasıdır. 

Beləliklə, qəribə bir hal yaranır: bir tərəfdən, Azərbaycan Basketbol Federasiyası mövcuddur, milli komanda formalaşdırılıb, digər tərəfdən, komanda hansısa səbəbdən beynəlxalq oyunlarda iştirak etmir.

Yenisabah.az xəbər verir ki, Basketbol Federasiyasının rəsmi veb-saytında kişilərdən ibarət yığma komanda barədə ətraflı məlumat yoxdur. Millinin adı xatırlanır, amma millinin hansısa yarışlarda iştirakı barədə ətraflı informasiyaya rast gəlinmir.

Ən azı Azərbaycan Basketbol Fedrasiyası (ABF) Rüstəm Rüstəmovdan bununla bağlı izahat almaq mümkün olmayıb. Yenisabah.az əməkdaşına Federasiyada mətbuat katibinin məzuniyyətdə olduğunu bildirərək gələn ayın əvvəlinədək gözləmək tövsiyə olunub.

AFB-nin prezidenti Nadir Nəsibov isə “əlçatmaz məsafədədir”. Əslində, FİBA-nın açıqlamasından sonra izahat verməli olan şəxs keçmiş vergilər naziridir.

İdman Nazirliyinin mətbuat katibi Qabil Mehdiyev də mövzudan xali deyil.

Odur ki, sual aktual olaraq qalır: Azərbaycanı adı olub özü olmayan Basketbol Federasiyası və basketbol üzrə milli son 8 ildə nə işlə məşğul olub?

Xatırladaq ki, N. Nəsibov vaxtilə Dövlət Əmlak Komitəsinin sədri vəzifəsində çalışıb.