İşğaldan azad edilmiş Kəlbəcər rayonunda 27 ədəd əl qumbarası aşkarlanıb.
Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Kəlbəcər rayonu Qozlukörpü kəndi ərazisindən 9 ədəd “F-1” əl qumbarası və partladıcı başlıqlar aşkar olub.
Bundan başqa, rayonun Çələkdar kəndi ərazisində 16 ədəd “F-1” əl qumbarası, 2 ədəd partladıcı başlığı, 2 ədəd “M-75” əl qumbarası, 4 ədəd avtomat darağı və çoxlu sayda patron aşkar olunub.
Partlayıcı sursatlar təhlükəsizlik tədbirlər görülərək ərazidən götürülüb.