Killer gündüz vaxtı yerli “avtoritet”i – Arsen Nacaryanı öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.
Tuapse yaxınlığındakı Dzeberkoy kəndində kimyəvi qoruyucu geyimdə olan qatil iş adamı Arsen Nacaryanı güllələyib.
Əvvəlcə kimyəvi qoruyucu geyimli naməlum şəxs uzaqdan atəş açıb, daha sonra yaxın məsafədən adamı öldürüb.
Qatil Krasnodar diyarının Dzeberkoy kəndində hədəfinin pusqusunda dayanıb. Əvvəlcə uzaqdan ov tüfəngi ilə atəş açıb, sonra yaxın məsafədən adamı vurub.
KİV-in məlumatına görə, öldürülən şəxs 55 yaşlı kriminal “avtoritet” Arsen Nacaryan “Krasnoyarski” olub.
Qatil axtarışa verilib, faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az