Moskva vilayətində kilsədə qətl hadisəsi baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, mayın 30-da ziyarətçi yeməkxana işçisini bıçaqlayıb.
Məlumata görə, öldürülən qadının adı İrinadır, o, yeməkxanada işləyirdi.
Nahar üçün məbədə tez-tez gələn kişi qəfildən orada işləyən 55 yaşlı qadına hücum edib. O, qadına 13 bıçaq zərbəsi vurub və “Anamı zəhərlədin” deyə qışqırıb.
Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Cinayətkar saxlanılıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər.
Məlum olub ki, o, 20 ildir psixiatrda qeydiyyatda olub. Zəhərlənməsinə görə qadının öldürdüyü iddia edilən anası da bu məbəddə işləyir.
Xuraman Etibarlı
İnterpress.az