Kim Çen Inın bacısı Rusiyaya əlavə qoşun göndərilməsi xəbərini təkzib edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Kim Yo Conq Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyaya 50 minədək KXDR hərbçisinin köçürülməsi ehtimalı ilə bağlı bəyanatlarını “əsassız” və “qurama” adlandırıb.
Qeyd edək ki, bundan əvvəl də Şimali Koreya hərbçilərinin Rusiyanın Kursk vilayətində yerləşdirilməsi haqqında məlumatlar yayılmışdı.
Xuraman Etibarlı
İnterpress.az






