Qonşu Gürcüstanın Qori bələdiyyəsinin Rexa kəndində kişi arvadını və anasını, daha sonra isə özünü öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Mtavari Arxi məlumat yayıb.
Məlumata əsasən, həmin şəxs keçmiş polisdir.
Hadisə yerinə polis cəlb olunub, istintaqın hansı maddələrlə başladığı hələlik məlum deyil.