Kişinyov hava limanında insanların təxliyəsinə səbəb olan yanğın siqnalının yalan olduğu üzə çıxıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Sputnik Moldova” məlumat yayıb.
Bildirilir ki, hazırda təhlükəsizlik qüvvələri həyəcan siqnalı düyməsini basan şəxsin kimliyini müəyyənləşdirir.
Xatırladaq ki, bundan əvvəl aeroportda yanğın siqnalı işə düşüb.
Bütün sərnişinlər və heyət Kişinyov hava limanından təxliyə edilib.
Xuraman Etibarlı
İnterpress.az