“Azərbaycan Qarabağda terror təhlükəsini aradan qaldırmaq üçün gücünün 1-2 faizindən istifadə edib”.
“İnterpress.az”ın məlumatına görə, bunu “Baku TV”nin hərbi jurnalisti Fərdin İsazadə Ukrayna KİV-ə müsahibəsində deyib.
“Döyüş bölgəsinin yaxınlığında idim. Antiterror tədbiri spontan şəkildə başlayıb. Bu, Azərbaycanın tikinti işlərinin aparıldığı yolda baş vermiş terror aktına reaksiyası idi”, – jurnalist əlavə edib.