KİV: “Rusiya donanması ilin sonunadək 2 nüvə sualtı qayığı əldə edə bilər”backend

KİV: “Rusiya donanması ilin sonunadək 2 nüvə sualtı qayığı əldə edə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

955A (“Borey-A”) layihəsinin strateji təyinatlı “Generalissimus Suvorov” nüvə raket sualtı kreyseri və 885M (“Yasen-M”) layihəsinin “Krasnoyarsk” çoxməqsədli nüvə sualtı qayığı yeni il ərəfəsində Rusiyanın Hərbi Dəniz Qüvvələrinə təhvil verilə bilər.

Bu barədə TASS-a hərbi quruma yaxın mənbə bildirib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, iki nüvə sualtı qayığının Sakit okeanı Donanmasının tərkibinə keçməsi 2023-cü ilin yayına planlaşdırılır:

“Əvvəlcə Şimal dəniz dəhlizi ilə donanmalararası keçidi “Generalissimus Suvorov” həyata keçirəcək, sonra isə “Krasnoyarsk” gedəcək”.