Kiyev Ukrayna Silahlı Qüvvələrinin sayını 800.000 əsgərlə məhdudlaşdırmağa razılaşıb.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri məlumat yayıb.
Nəşrin Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, rəsmi Kiyev Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbçi sayını 800 min nəfərə qədər məhdudlaşdırmağa razılıq verib.
Məqalədə qeyd olunur ki, tərəflər arasında hələlik həllini tapmamış digər vacib məsələlər ərazilər və Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlıdır.
Xuraman Etibarlı
İnterpress.az






