Türkiyədə fəaliyyət göstərən Kocaeli Dərincə Azərbaycan Evi Dərnəyinin sədri Volkan Aydəmir erməni cəmiyyətinin üzr istəməsi tələbi ilə çıxış edib.
Bildirib ki, dünyanın bir çox şəhərində yaradılmış dərnəklər və üzvlərlə birlikdə illərlə erməni diasporunun qarşısında “ermənilərin” birgə yaşadığı müsəlman və türk qonşularına məkrlə hücum edərək qətlə yetirməsini eşitdirməyə çalışan biri kimi erməni toplumundan üzr gözləyir. Üstəlik, ermənilərin Xocalıda törətdikləri zülmü qəbul etmələrini, Qarabağ savaşından sonra işğal etdikləri əraziləri boşaldarkən yerləşdirdikləri minaların yüzlərlə azərbaycanlının həyatına neqativ təsir etdiyinin bilinməsini istəyir.
İnterpress.az