Kolumbiyada silahı yerə qoymayan Kolumbiya İnqilabçı Silahlı Qüvvələrinin (FARC) keçmiş üzvləri 6 mindən əhalisi olan kəndin giriş-çıxışı bağlayıb və insanların kəndi tərk etməsinə zorla mane olublar.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Qafqaz inzibati bölgəsindəki Argelia kəndində yaşayan 6 minə yaxın insan FARC müxaliflərinin silahlı hədəsi səbəbindən kəndlərində qapalı qalıb.
İcma lideri Guido Rivera yerli mətbuata verdiyi açıqlamada ordunun bölgəni tərk etdiyi zaman silahlı qrupların kəndlilərdən canlı qalxan kimi istifadə etdiyini və insanlara təzyiq göstərdiyini bildirib.
Qeyri-qanuni silahlı dəstələrin vaxtaşırı kəndin işığını və suyunu kəsdiyini bildirən Rivera səlahiyyətliləri bölgədə ictimai asayişi bərpa etməyə çağırıb.
Digər tərəfdən ordudan verilən açıqlamada silahlı qrupların hərəkətlərinin pislənəcəyi və bölgədə ictimai asayişin bərpa ediləcəyi bildirilib.
Yerli KİV-lər kəndlilərin ərzaq qıtlığından əziyyət çəkdiyini və silahlı qrupların mühasirəsi davam edərsə, ciddi sağlamlıq problemlərinin yarana biləcəyini irəli sürüb.
Ümumi sülh siyasəti çərçivəsində ölkədəki silahlı qruplarla atəşkəs danışıqları aparan hökumət xüsusilə keçmiş FARC üzvlərinin hərəkətləri ucbatından ciddi problemlərlə mübarizə aparır.