Komi rəhbəri uşaqlar üçün internetin qadağan edilməsini TƏKLİF ETDİbackend

Komi rəhbəri uşaqlar üçün internetin qadağan edilməsini TƏKLİF ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Komi rəhbəri Rusiyada uşaqlar üçün internetin qadağan edilməsini təklif edib.

interpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Komi rəhbəri Vladimir Uyba Rusiyada uşaqlar üçün internetin qadağan edilməsini təklif edib.

Uybanın sözlərinə görə, uşaqlar onlayn oyunlara aludə olur, porno saytlara baş çəkir, riskli tanışlıqlar edirlər.

O hesab edir ki, Rusiyada yalnız peşəkar və elmi internet qalmalıdır.

“Bağlamaq lazımdır. Sadəcə bir dəfəlik və hamı üçün. Çünki bu gün bu, dəhşətli faciədir”, – Uyba deyib.

Xuraman Etibarlı

İnterpress.az