Konqoda 30 üsyançı öldürülübbackend

Konqoda 30 üsyançı öldürülüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Konqo Demokratik Respublikasının İturi əyalətində 30 üsyançı öldürülüb.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Respublikanın şərqindəki İturi əyalətində KDC və Uqanda ordularının birgə əməliyyatında 30 üsyançı zərərsizləşdirilib.

Rəsmi açıqlamaya görə, İturi vilayətinin Boqa bölgəsində yerləşən Demokratik Alyans Qüvvələrinin (ADF) qiyamçı qruplaşmasına aid düşərgə məhv edilib.

Düşərgədə ən azı 30 qiyamçı öldürülüb, hərbi sursatlar ələ keçirilib.

Xatırladaq ki, eyni bölgədə 2 dekabr 2022-ci ildə 23 Mart Hərəkatı adlı üsyançı qrupun hücumu nəticəsində 272 mülki vətəndaş həyatını itirib.

Ruanda, Uqanda və Burundi ilə sərhədin yerləşdiyi ölkənin şərqi 20 ildir qızıl və kobalt kimi mədənlərə nəzarət etməyə çalışan silahlı qrupların hücumlarına və qarşıdurmalarına səhnə olub.

Silahlı qrupların hücumları nəticəsində minlərlə dinc sakin həyatını itirib.