Konqres Vətəndaş müharibəsindən bəri ilk dəfə 11 turdan sonra spiker seçə bilməyibbackend

Konqres Vətəndaş müharibəsindən bəri ilk dəfə 11 turdan sonra spiker seçə bilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatası 11 turdan sonra spiker seçə bilməyib.

“Report” xəbər verir ki, iclas “C-SPAN” telekanalı ilə yayımlanıb.

Konqres seçkiləri nəticəsində Respublikaçılar Partiyası aşağı palata üzərində nəzarəti ələ keçirib. Lakin Respublikaçıların lideri Kevin Makkarti səsvermənin 11-ci turunda 200 səs toplayaraq, yenə də əksəriyyətin dəstəyini ala bilməyib.

Demokratların nümayəndəsi Hakim Ceffris bütün demokratların fraksiyasından 212 səs toplayıb.

Respublikaçılar Partiyasının spikeri postuna alternativ namizədlər 12 səs toplayan Bayron Donalds və 7 konqresmenin səsini alan Kevin Herndir.

Həmçinin bir konqresmen ABŞ-nin keçmiş prezidenti Donald Trampın namizədliyini dəstəkləyib, biri isə bitərəf qalıb.

10-cu turda yekun mənzərə bir qədər fərqli olub: Makkarti 200, Ceffris 212, Bayron 13, Hern 7 konqresmenin səsini toplayıb.

Doqquzuncu səsvermədə 212 konqresmen Ceffrisə, 200 konqresmen Makkartiyə, 17 nəfər Donaldsa, üç nəfər Hernə səs verib, bir nəfər isə bitərəf qalıb.

Spiker vəzifəsinə hazırkı səsvermə son 164 ilin ən uzunudur. Sonuncu dəfə bu, Vətəndaş müharibəsindən qabaq – 1859-cu ildə baş verib. O zaman spikeri 44 səsvermədən sonra seçmək mümkün olub.