Konqresə Rusiyaya qarşı sanksiya haqqında qanun layihəsi TƏQDİM OLUNDUbackend

Konqresə Rusiyaya qarşı sanksiya haqqında qanun layihəsi TƏQDİM OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ konqresmenləri Rusiya subyektləri ilə iş görən xarici banklara qarşı sanksiyaları nəzərdə tutan “Sülh Aktı”nı təqdim ediblər.

İnterpress.az xəbər verir ki, bu barədə konqresmen Nannın mətbuat xidməti məlumat yayıb.

ABŞ konqresmenləri Zak Nann və Coş Qotteymer Nümayəndələr Palatasında Rusiyanın enerji sektorunu maliyyələşdirən və ya artıq məhdudlaşdırılmış Rusiya subyektləri ilə iş görən xarici banklara qarşı sanksiyaları nəzərdə tutan “Sülh Aktı”nı təqdim ediblər.

“Döyüş veteranı və keçmiş kəşfiyyatçı kimi mən bilirəm ki, təkcə sözlər Rusiyanı danışıqlar masasına gətirməyəcək”, – Nann deyib.

Sənəd bilə-bilə Rusiyanın enerji sektoru ilə işləyən və ya sanksiyaya məruz qalmış Rusiya strukturları ilə işləyən hər hansı xarici bankın Amerika maliyyə sisteminə çıxışını qadağan edən məcburi sanksiyaları nəzərdə tutur.

ABŞ prezidenti yalnız Konqresə məcburi bildiriş göndərməklə sanksiyaları müvəqqəti dayandıra biləcək.

Xuraman Etibarlı

İnterpress.az