Koronavirusla bağlı son STATİSTİKAbackend

Koronavirusla bağlı son STATİSTİKA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada koronavirusa 5 197 739 nəfər yoluxub.

Bu barədə İnterpress.az-ın onlayn statistikasında qeyd olunur.

Ümumi ölənlər 334 672, sağalanlar isə 2 082 639 nəfər təşkil edir.

Dünya ölkələri arasında koronavirusa ən çox yoluxma 1 620 902 nəfərlə ABŞ-dadır.

Qonşu Rusiya siyahının ikincisidir. Bu dövlətdə 317 554 nəfər koronavirusa yoluxub, 3099 nəfər ölüb, 92 681 nəfər sağalıb.

Digər sərhəd qonşumuz Türkiyə virusa yoluxan ölkələr arasında 9-cudur. Bu dövlətdə koronavirus 153 548 nəfərdə aşkar edilib. 4249 nəfər ölüb, 114 990 nəfər sağalıb.

İran 129 341 yoluxma sayı ilə 10-cudur. Ölkədə virusdan 7249 nəfər ölüb, 100 564 nəfər sağalıb.

Azərbaycanda koronavirusa indiyə qədər 3749 nəfər yoluxub, 44 nəfər ölüb, 2340 nəfər isə sağalıb.