Körpə nərə balıqları Kür çayına buraxılıbbackend

Körpə nərə balıqları Kür çayına buraxılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təbii su hövzələrində balıq populyasiyasının artırılması və balıq ehtiyatlarının qorunmasının vacibliyinin təşviqi məqsədilə Neftçala rayonunda balıq körpələri Kür çayına buraxılıb.

İnterpress.az xəbər verir ki, bu barədə

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis əvəzi Firuddin Əliyev məlumat verib.

Həmçinin o qeyd edib ki, Ekologiya və Təbii Sərvətlər naziri və Neftçala Rayon İcra Hakimiyyəti başçısının iştirakı ilə keçirilən

tədbirdə nazirliyin balıqartırma müəssisələrində yetişdirilən çəkisi 100-150 qram olan uzunburun və nərə balıqları çaya buraxılıb.

F.Əliyevin sözlərinə görə, sentyabr ayı ərzində nərə, uzunburun, forel, çəki, qalınalın, ağ amur körpələrinin Kür çayına, Göygöl, Maralgöl, Nohurqışlaq göllərinə, Kiçik

Qızılağac körfəzinə, Mingəçevir, Şəmkir və Yenikənd su anbarlarına buraxılması planlaşdırılır.

İnterpress.az