Krasnoyarsk diyarında evdəki yanğında üç uşaq həlak olub
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Krasnoyarsk diyarında faciəli yanğın hadisəsi qeydə alınıb. Məlumata görə, ana ərzaq almaq üçün mağazaya gedərkən azyaşlı uşaqları evdə tək qoyub. Onun yoxluğunda mənzildə yanğın başlayıb.
Hadisə nəticəsində evdə olan üç uşaq həlak olub.
Faktla bağlı araşdırmalar davam etdirilir, yanğının başvermə səbəbləri müəyyənləşdirilir.
Xuraman Etibarlı
İnterpress.az






