Putin növbəti müddətə vəzifəsinin icrasına başlayıb – YENİLƏNİBbackend

Putin növbəti müddətə vəzifəsinin icrasına başlayıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Putin rəsmi olaraq altı illik müddətə Rusiya Prezidenti kimi vəzifəsinin icrasına başlayıb.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bildirib.

Dövlət başçısı vəzifəsinin icrasına başladığı elan edildikdən sonra çıxış etməlidir.

***

12:57

Moskvada 5-ci dəfə dövlət başçısı kimi fəaliyyətə başlayacaq Rusiyanın hazırkı prezidenti Vladimir Putinin andiçmə mərasimi başlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

O, and içəcək və rəsmi olaraq dövlət başçısı kimi fəaliyyətə başlayacaq. Bundan sonra yeni nazirlər kabineti formalaşdırılacaq.