Kremlə yaxın mənbələr TƏSDİQLƏDİ: Solovyov federal kanallardan QOVULURbackend

Kremlə yaxın mənbələr TƏSDİQLƏDİ: Solovyov federal kanallardan QOVULUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vladimir Solovyov “federal” kanallardakı efirlərdən uzaqlaşdırıla bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Kremlə yaxın mənbələr məlumat yayıb.

Rusiyalı teleaparıcı Vladimir Solovyovun federal kanallardakı fəaliyyətinə son qoyula bilər.

Buna səbəb kimi onun adının qarışdığı ikinci beynəlxalq qalmaqal göstərilir.

Məlumata görə, əvvəllər Ermənistanı işğal edəcəyi ilə hədələyən təbliğatçı, bu dəfə İtaliyanın Baş naziri Corca Meloniyə qarşı təhqiramiz ifadələr işlədərək növbəti diplomatik gərginliyə səbəb olub.

Kremlə yaxın dairələrin bu addımı pislədiyi və aparıcının efirdən uzaqlaşdırılmasının gündəmdə olduğu bildirilir.

Qeyd edək ki, Rusiya qanunvericiliyinə əsasən, “Kişi dövləti” (Мужское государство) ölkə ərazisində qadağan edilmiş ekstremist icmadır.

Xuraman Etibarlı

İnterpress.az