Krımda hücumların və terror aktlarının nəticələrini dərc etmək qadağan edilib.
İnterpress.az xəbər verir ki, Krımın rəhbəri Sergey Aksenov sosial şəbəkələrdə və messencerlərdə paylaşımları qadağan edən fərman imzalayıb.
Fərmanda aşağıdakıları dərc etmək və paylaşmaq qadağan olunur:
▪️ hava hücumundan müdafiə və hərbçilərin mövqeləri
▪️ raket və dron zərbələrinin görüntüləri
▪️ terror hücumlarının və təxribatların nəticələri
Eyni zamanda, sənəddə pozuntuya görə hansı cəzanın gözlədiyi göstərilmir.
Tambovda vətəndaşlar artıq nəşrlərə görə 5 min rubla qədər cərimələrlə hədələnir.
İndi hücumlar və dağıntılar barədə rəsmi olaraq yalnız hakimiyyət orqanları və təhlükəsizlik qüvvələri danışa bilər.
Xuraman Etibarlı
İnterpress.az