Ksaba Korosi: “73 dünya lideri BMT Təhlükəsizlik Şurasında təcili islahatlar aparılmasını tələb edib”backend

Ksaba Korosi: “73 dünya lideri BMT Təhlükəsizlik Şurasında təcili islahatlar aparılmasını tələb edib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birləşmiş Millətlər Təşkilatının etibarlılığı və əhəmiyyəti təhlükə altındadır. Beynəlxalq sülh və təhlükəsizliyin əsas təminatçısı olan Təhlükəsizlik Şurasının, xüsusən də bu gün yaşadığımız ən təhlükəli müharibə ilə bağlı hər hansı addım atmasının qarşısı alınıb. Bu müşahidələr BMT Təhlükəsizlik Şurasında islahatların vacibliyinə diqqət çəkir”.

Bunu BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti, Macarıstan nümayəndəsi Ksaba Korosi jurnalistlərə açıqlamasında deyib.

Ksaba Korosi bu gün BMT Baş Assambleyasının 77-ci sessiyasında müzakirəyə çıxarılan Təhlükəsizlik Şurasında islahatların vacibliyi məsələsindən danışıb:

“Sentyabr ayında BMT-nin yüksək səviyyəli həftəsində 73 dünya lideri Təhlükəsizlik Şurasında təcili islahatlar aparılmasını tələb edib. Bu məsələ artıq 43 ildir ki, Baş Assambleyanın gündəliyindədir. Dünya dəyişir və ölkələr onilliklər ərizində görünməmiş ən mürəkkəb böhranlar və problemləri ilə mübarizə aparır.

Biz Ukraynadakı müharibənin genişlənməsindən və dünyada mövcud olan digər çox mürəkkəb və bir-biri ilə əlaqəli təzahürlərdən qaçmalıyıq. Mən Baş Assambleyaya dedim ki, üzv dövlətlər təcili ehtiyac duyulan transformasiyanı həyata keçirməlidirlər. Onlardan kollektiv addım atmalarını və səsvermədə “hə” mövqeyindən çıxış etmələrini xahiş etdim”.