Küçədə ölü çəhrayı göyərçinlər AŞKAR EDİLDİ – FOTObackend

Küçədə ölü çəhrayı göyərçinlər AŞKAR EDİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Anapada köhnə kinoteatr ərazisində ölü çəhrayı göyərçinlər tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

2000-ci illərin qlamur üslubunda olan quşların mənşəyi hələlik məlum deyil.

Yerli sakinlər kimsə quşları ya “gender-pati” (uşağın cinsiyyətinin açıqlanması məclisi) üçün, ya da turistlərlə şəkil çəkdirmək məqsədilə rənglədiyini ehtimal edirlər.

Şəhər polisi heyvanlarla ehtimal olunan amansız rəftar faktı üzrə yoxlama aparacağını bildirib.

Xuraman Etibarlı

İnterpress.az