Moskvada küçəni qaynar su basıb: Gənc qadın xəsarət alıb
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Moskvanın Moldaqulova küçəsindəki kommunikasiya xətlərində baş verən qəza faciəli hadisə ilə nəticələnib.
İstillik sisteminin borusunun partlaması nəticəsində küçəni qaynar su basıb.
Hadisə yerindən keçən gənc qadın qaynar suyun təsirindən müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Zərərçəkən təcili yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Hazırda küçədə hərəkət məhdudlaşdırılıb və təmir işləri aparılır.
Xuraman Etibarlı
İnterpress.az






