Lateks yastığı şiddətli allergiyaya SƏBƏB OLDUbackend

Lateks yastığı şiddətli allergiyaya SƏBƏB OLDU 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı qadında lateks yastığına görə qırtlaq ödemi yaranıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

49 yaşlı qadın yeni yastıqda yatdıqdan sonra şiddətli allergik tutma keçirib.

O, davamlı asqırırdı, gözləri yaşlanır, nəfəs almaqda çətinlik çəkirdi.

Həkimlər bunun səbəbinin çarpaz allergiya olduğunu müəyyən ediblər.

Lateksin tərkibində sitrus meyvələrində olanlara bənzər zülallar var ki, buna xəstə artıq reaksiya vermişdi.

Onun vəziyyəti hazırda stabildir. Bu materialdan hazırlanan məhsullar elastiklik və “yaddaş effekti” ilə ortopedik olaraq yerləşdirilir.

Xuraman Etibarlı

İnterpress.az