Latviyalı mer Ukraynada YARALANDI – FOTObackend

Latviyalı mer Ukraynada YARALANDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Latviyanın Oqre şəhərinin meri Ukraynada Rusiyanın atəşi nəticəsində yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə LSM məlumat yayıb.

Oqre şəhərinin meri Egils Helmanis könüllülərin cəbhəboyu zonaya növbəti səfəri zamanı yaralanıb.

Meriyadan verilən məlumata görə, o, ötən gecə atəşə tutulub.

Helmanis 2022-ci ildən mütəmadi olaraq Ukraynaya yardım aparır. Bu dəfə o, 20 maşından ibarət karvanı müşayiət edirdi.

Onun vəziyyəti stabildir.

Xuraman Etibarlı

İnterpress.az