Lavrov-Mirzoyan GÖRÜŞÜ: Ermənistan konkret olaraq Rusiyadan asılı vəziyyətdədir – ŞƏRHbackend

Lavrov-Mirzoyan GÖRÜŞÜ: Ermənistan konkret olaraq Rusiyadan asılı vəziyyətdədir – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uzun müddətdir Rusiya ilə Ermənistan arasında gərginlikdən sonra bu gün İrəvanda Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü baş tutub. Ararat Mirzoyan və Sergey Lavrov əvvəlcə təkbətək görüşüb, bundan sonra isə danışıqları geniş tərkibdə davam etdiriblər.

Mövzunu İnterpress.az-a hərbi jurnalist Səxavət Məmməd şərh edib.

“Ümumiyyətlə, Qarabağdakı 44 günlük müharibədən sonra ermənilərlə rusların arasında konkret olaraq bir gərginlik var idi. Bu gərginlik hətta o həddə gəldi çatmışdı ki, artıq tərəflər bir-birini ittiham etməyə başlamışdı. Ermənistan hətta KTMT-dən çıxmaqla bağlı da addımlar atdı, yəni ən azından KTMT-dəki fəaliyyətini dondurdu. Ermənistan, ümumiyyətlə, Avropa İttifaqına, Avropaya tərəf yön tütmağa çalışırdı.

Amma son dönəmlər Ermənistanda biz fərqli siyasətin şahidi oluruq. Ermənistan indi artıq daha çox Rusiyaya yaxınlaşmaq və yaxud Rusiya ilə münasibətləri qurmaq yönündə addımlar atmağa çalışır. Hətta 9 May Qələbə paradında Ermənistan baş naziri iştirak etdi. Ümumiyyətlə, son dönəmlər müxtəlif iddialar ortaya atılıb və əsas da mətləq qeyd olunur ki, Ermənistan yenidən Rusiya ilə münasibətləri yaxşılaşdırmaq və Rusiya ilə yaxınlaşmaq xəttini seçir.

Bunu anlamaq olar, çünki Ermənistan nə qədər Avropaya üzv olmağa çalışsa da, Ermənistan iqtisadi baxımdan və konkret olaraq Rusiyadan asılı vəziyyətdədir. Hərbi baxımdan isə Ermənistan Rusiyadan silah almaq əvəzinə, daha çox Hİndistana, Fransaya və digər ölkələrə üz tutur.

Hesab edirəm ki, Rusiyanın Cənubi Qafqazda maraqlarını təmin etmək və Ermənistanın bir dövlət kimi mövcud olması üçün Rusiya son dərəcə vacibdir.

Ermənistanda son günlərdə daxildən yenidən Qarabağ səsləri, revanşizm səsləri çıxır və bu səslərin bir çoxu da Rusiya üzərindən gəlir, Rusiya tərəfindən dalğalanır.

Ona görə də düşünürəm ki, indiki mərhələdə Ermənistan maksimum çalışacaq ki, Rusiya ilə hansısa bir formada dil tapsın və bu regionda yenidən aktivləşsin, yaxud da ki, ona verilmiş rolları yenidən öz üzərinə götürə bilsin.Gözlənilən də əslində elə odur ki, yenidən ruslarla ermənilərin ortaqlığının yaranma ehtimalı yüksəkdir”, – hərbi jurnalist fukrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az