Lavrov Yerevana səsləndi: “Danışıqları uzatmaq olmaz”backend

Lavrov Yerevana səsləndi: “Danışıqları uzatmaq olmaz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan xarici işlər naziri Zoqrab Mnatsakanyan Moskvada həmkarı Sergey Lavrovla görüşüb.

İnterpress.az Rusiya KİV-nə istinadən xəbər verir ki, danışıqlardan sonra birgə mətbuat konfransı keçirən nazirlər danışıqlar prosesinə toxunublar.

“Dağlıq Qarabağda münaqişə iştirakçıları tərəfindən siyasi dialoqu uzatmaq olmaz”-deyə Lavrov açıqlama verib. Bununla o, rəsmi Yerevanın danışıqlar prosesini ləngitmək cəhdinə cavab verib.

Zoqrab Mnatsakanyan isə növbəti dəfə rəsmi Bakının ünvanına qərəzli ittihamlar səsləndirərək Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşmasını növbəti dəfə ortaya qoydu.

 

İnterpress.az