“Lənətlənmiş” Annabellin baxıcısı qəfildən ÖLDÜ – FOTObackend

“Lənətlənmiş” Annabellin baxıcısı qəfildən ÖLDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Lənətlənmiş” Annabell kuklasının baxıcısı qəfildən vəfat edib.

İnterpress.az xəbər verir ki, bu barədə iyulun 17-də “The Guardian” məlumat yayıb.

ABŞ-də “Cadu” filmlərindən sonra məşhurlaşan “lənətlənmiş” Annabell kuklasının baxıcısı, 54 yaşlı paranormal tədqiqatçı Den Rivera vəfat edib.

Rəvayətə görə, kukla ölü bir qıza məxsus idi və guya obyektləri hərəkət etdirə, havaya qalxa və hətta “qan axıtmağa” qadirdi.

Rivera onu mistisizmə həsr olunmuş turun bir hissəsi kimi ölkə daxilində gəzdirirdi.

O, növbəti şoudan sonra oteldə özünü pis hiss edib və qəflətən ölüb. Ölümün səbəbi hələ müəyyən edilməyib.

Xuraman Etibarlı

İnterpress.az