Limanda 820 kq kokain ƏLƏ KEÇİRİLDİ – FOTObackend

Limanda 820 kq kokain ƏLƏ KEÇİRİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburq limanında 820 kq kokain aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildiriir ki, gömrük və FTX əməkdaşları Sankt-Peterburq limanında 12 milyard rubl (təxm. 260 milyon 650 min man.) dəyərində 820 kq kokain aşkar ediblər. Narkotiklər banan göndərişində gizlədilib.

Gömrük və FTX əməkdaşları Cənubi Amerika qruplarından birinin Rusiyaya böyük bir partiya göndərməyi planlaşdırdığı barədə xəbər alıblar.

Buna görə də əməliyyatçılar gələn hər bir yükü diqqətlə yoxlayırdılar. Təhlükəsizlik qüvvələri ilə birlikdə yükə xidməti itlər tərəfindən də baxış keçirilib.

Banan olan qablardan birində ağ tozlu 820 briket aşkar edilib. Ekspertiza onun kokain olduğunu göstərib.

FTX-nin məlumatına görə, bu, bu il ələ keçirilən ən böyük partiyadır.

Xuraman Etibarlı

İnterpress.az