İsrail ordusu Livanda keçirdiyi xüsusi əməliyyatlar zamanı Hizbullahın infrastrukturunu yerlə-yeksan edir.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail ordusu İsrail-Livan sərhədi bölgəsində və Livanın cənubunda Hizbullah infrastrukturunu məhv edərək əməliyyatlarını davam etdirir.
Cəbəl-Balat silsiləsi ərazisində atəş mövqeləri və silah anbarları olan kompleks aşkar edilərək məhv edilib.
Hizbullahın silahları, o cümlədən çoxlu lüləli atıcı, ağır pulemyot və onlarla mina məhv edilib.
Bundan başqa, təşkilatın yeraltı infrastrukturu da məhv edilib.
Xuraman Etibarlı
İnterpress.az