Livandakı səfirliyimizə hücumun pərdəarxası: ermənilər “suları bulandırır”backend

Livandakı səfirliyimizə hücumun pərdəarxası: ermənilər “suları bulandırır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Azərbaycanın Livandakı səfirliyinə hücum olub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, Azərbaycanın Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni əsilli şəxslər səfirliyin inzibati binasının ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb.

Nazirlikdən bildirilib ki, hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar. Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir.

Ermənilərin bu cür təxribatlara əl atması əslində təəccüblü deyil. Nəzərə almaq lazımdır ki, indi həm Ermənistan, həm də Qarabağ erməniləri üçün çətin mərhələdir. Onlar Azərbaycanın diplomatik uğuru ilə üz-üzə qalıblar. Başa düşürlər ki, daha yol yoxdur. Buna görə də narahatdırlar. Provokasiya cəhdləri də məhz həmin narahatlığın təzahürüdür.

Ermənilər əvvəllər də oxşar təxribatlar törədiblər. Unutmaq olmaz ki, İrandakı səfirliyimizə hücumun pərdəarxası detalları indiyədək məlum deyil.

Ermənilər bu cür hərəkətlərlə “suları bulandırmağa”, reinteqrasiya və sülh sazişinə mane olmağa çalışırlar.

Sözsüz ki, törədilən təxribatların arxasında erməni diasporunun olması da istisna deyil. Onu da unutmaq olmaz ki, Livanda xeyli sayda erməni var.

Düşmən bu cür təxribatçı addımlarla nəyəsə nail ola bilməz. Əksinə, provokasiyalar əks effekt verəcək.

Rəsmi Bakı məsələnin araşdırılmasını və günahkarların məsuliyyətə cəlb olunmasını ciddi şəkildə tələb etməlidir. Beynəlxalq ictimaiyyətə Ermənistanın terror dövləti olduğu bir daha izah edilməlidir. Beləliklə, ermənilər qazdıqları quyuya özləri düşəcəklər.

Kənan Novruzov
İnterpress.az