Liviyada sel nəticəsində ölənlərin sayı artıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Bildirilib ki, 1500-dən çox insan həlak olub.
Liviyanın şərqindəki hökumətin daxili işlər naziri Əbu Zeribe deyib: “Yağışlar nəticəsində 1500-dən çox adam ölüb, 7 min nəfər isə itkin düşüb”.
Qeyd edək ki, Liviyanın şərqində Orta Aralıq dənizində təsirli olan “Daniel” fırtınası sel fəlakətinə səbəb olub.