Liviya Milli Birlik Hökuməti (UBH) ölkənin şərqini vuran sel səbəbiylə Dernada yol və körpü şəbəkəsinin tamamilə dağıldığını və onun yenidən qurulması üçün 300 milyon dinara (təxminən 67 milyon dollar) ehtiyac olduğunu açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Liviya Milli Birlik Hökumətinin Yollar və Körpülər Departamentinin rəhbəri Hüseyn Suveydan bildirib ki, Nəqliyyat Nazirliyi dəyən ziyanı qiymətləndirmək üçün ölkənin şərqinə getmək üçün texniki qrup təyin edib. Ölkənin şərqində şəhər və kəndləri birləşdirən bir çox yol və körpünün dağıldığına diqqət çəkən Suveydan, bu vəziyyətin təbii fəlakətdən zərər çəkmiş şəhərlərə yardımların çatdırılmasına mane olduğunu bildirib. Seldən ən çox zərər çəkən rayonlardan biri olan Dərnə şəhərində yol və körpü şəbəkəsinin tamamilə dağıldığını qeyd edən Suveydan onların yenidən qurulması üçün 300 milyon dinara (təxminən 67 milyon dollar) ehtiyac olduğunu bildirib. Liviyanın şərqindəki “hökumətin səhiyyə naziri” Osman Abdulcelil, sel fəlakətində həyatını itirənlərin sayının 3 mini keçdiyini, əksəriyyətinin Dərnə şəhərində olduğunu açıqlayıb.
UBH Baş naziri Əbdülhəmid Dibeybe seldə həyatını itirənlər üçün 3 günlük matəm elan edildiyini açıqlayıb. UBH dünən fövqəladə Nazirlər Kabinetinin iclasını keçirdi və fəlakətdən zərər çəkmiş bölgələrə yardımın göstərilməsi də daxil olmaqla bir sıra qərarlar qəbul edib.
Liviya Prezident Şurası həmçinin daşqından zərər çəkmiş bölgələr üçün qardaş ölkələr və beynəlxalq qurumlardan kömək istəyib. Qırmızı Xaç Liviyada sel fəlakətində itkin düşənlərin sayının 10 minə çatdığını açıqlayıb. UBH rəsmisi ölkənin şərqində seldən zərər çəkmiş şəhərlərdə sağlamlıq vəziyyətini “fəlakətli” adlandırıb. Bildirilib ki, ölkənin şərq rayonlarına yağıntının miqdarı son 40 ildən artıq müddətdə qeydə alınan ən yüksək yağıntı olub. Mərkəzi Aralıq dənizində təsirli olan “Daniel” fırtınası Liviyanın Benqazi, Beyda, Merc, Suse və Derna şəhərlərinə təsir edib.