Liviya Milli Birlik Hökuməti ölkənin şərqində müxtəlif bölgələrdə baş verən sel fəlakəti nəticəsində 2 nəfərin həyatını itirdiyini açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir .
Hökumət sözçüsü Muhammed Hamude ölkədə yayımlanan “Liviya əl-Əhrar” televiziyasına açıqlama verib. Sel fəlakəti zamanı ölkənin şərqində 2 nəfərin həyatını itirdiyini bildirən Hamude ölümlərin hansı şəhərlərdə baş verdiyi barədə məlumat verməyib. Hamude bildirib ki, əlverişsiz hava şəraitindən ən çox təsirlənən bölgələr ölkənin şərqindəki “Sahil Cebel əl-Ahdar” və “Tukra”dır.
Baş nazir Əbdülhəmid Dibeybe də müxtəlif xidmət şirkətlərinə və təhlükəsizlik agentliklərinə sel fəlakəti ilə əlaqədar müvafiq orqanlara lazımi dəstəyi göstərmək üçün öz qruplarını şərq bölgəsinə göndərmələri barədə göstəriş verib. Liviyanın şərqindəki səlahiyyətlilər, Mərkəzi Aralıq dənizində təsirli olan “Daniel” fırtınası səbəbindən bütün dövlət və özəl təhsil müəssisələrində dərslərin dayandırılması, mağazaların bağlanması və komendant saatı da daxil olmaqla bir sıra tədbirlər gördü. Əlverişsiz hava şəraiti Liviyanın Benqazi, Beyda, Merac, Susa və Derna şəhərlərinə də təsir edib.