Los-Anceles xəstəxanasında silahlı qadın təşviş yaradıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
ABŞ-nin Los-Anceles şəhərindəki xəstəxanaların birində gərgin anlar yaşanıb. Silahlı bir qadın xəstəxananın tualetinə girərək orada barrikada qurub.
Hadisə yerinə dərhal hüquq-mühafizə orqanları və xüsusi təyinatlı polis qüvvələri (SWAT) cəlb edilib.
Keçirilən xüsusi əməliyyat nəticəsində qadını gizləndiyi yerdən çıxarmaq mümkün olub.
Xuraman Etibarlı
İnterpress.az






