Lukaşenko oğlu Nikolaya istedadlı uşaqlar üçün təqaüd təyin edib. O, 6 min rus rublu (təxm. 130 man.) alacaq.
İnterpress.az xəbər verir ki, bu barədə Belarusun “Reformasiya” nəşri məlumat yayıb.
Belarus prezidenti Aleksandr Lukaşenko oğlu Nikolayın istedadlı uşaqlar üçün təqaüd almasını davam etdirməsi haqqında sərəncam imzalayıb.
“Kolya Lukaşenko atasının qərarı ilə xüsusi təqaüd almağa davam edəcək”, – nəşr yazıb.
Xuraman Etibarlı
İnterpress.az