Belarus prezidenti Aleksandr Lukaşenko Polşa ilə “münasibətləri düzəltmək” əmrini verib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Lukaşenko qeyd edib ki, Belarus, ilk növbədə, “Şərq hesabına yaşayır” . Ancaq yüksək texnologiyalı Qərbi də unutmaq olmaz. Onlar bizim yanımızdadırlar, qonşularımızdır – Avropa İttifaqı. Və onlarla münasibətləri itirmək olmaz. Biz buna hazırıq, amma öz maraqlarımızı nəzərə alaraq. İnanın, vaxt gələcək (indi belə təlatümlər var, bizim dilimizdə desək, böyük çətinliklər var) – 2024-2025-ci illərdə əminəm ki, onların arasında dünyada ciddi dəyişikliklər olacaq”, – Lukaşenko bildirib.
Eyni zamanda Belarus prezidenti qeyd edib ki, polyaklarla danışmaq lazımdır.
“Mən Baş nazirə onlarla əlaqə saxlamağı tapşırdım. İstəsələr, danışaq, münasibətləri nizamlayaq. Biz qonşuyuq, qonşular isə seçilmir, onlar Allahdandır”, – Lukaşenko bildirib.
Məlumat üçün bildirək ki, indiyə qədər, yəni 2023-cü ilin martında Lukaşenko Polşanı ölkəsinə hücum hazırlamaqda ittiham edib.