Kaliforniyada “ayı” kostyumu geyinib bahalı avtomobilləri məhv edən dəstə ifşa edilib.
İnterpress.az xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Kaliforniyada sığorta fırıldaqçılığı ilə məşğul olan beynəlxalq cinayətkar dəstə zərərsizləşdirilib.
İki erməni və bir yəhudi qadından ibarət dəstə üzvləri ayı kostyumları geyinərək başqalarına məxsus lüks avtomobillərin salonuna girib və onları darmadağın ediblər.
Məqsəd isə avtomobil sahiblərinin sığorta şirkətlərindən külli miqdarda pul ala bilmələri üçün süni şəkildə “ayı hücumu” görüntüsü yaratmaq olub.
Məhkəmənin qərarı ilə “ayı-oğrular” 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Xuraman Etibarlı
İnterpress.az






