Macarıstan Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyibbackend

Macarıstan Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstan Milli Assambleyası Finlandiyanın NATO-ya üzvlüyünü təsdiqləyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

NATO-ya üzv 29 ölkənin parlamentləri tərəfindən təsdiqlənən Finlandiya bu gün Macarıstan parlamentindən lazımi dəstəyi alıb. Macarıstan Milli Assambleyasında Finlandiyanın NATO-ya üzvlüyü parlament tərəfindən 6 əleyhinə 182 səslə təsdiqlənib.

Finlandiyanın NATO-ya üzv olması üçün nəhayət Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməlidir.