Mağaza sahibi mağazadan oğurluq edən şəxsi öldürüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediaı məlumat yayıb. Bildirilir ki, Moskva yaxınlığındakı Ramenskoyedə “Vernı” mağazasının direktoru mağazadan oğurluq edən şəxsi öldürüb.
49 yaşlı Timur mağazadan bir şüşə araq çıxarmaq istəsə də, yaxalanıb. 31 yaşlı Muhammadjon kişini arxa otağa apararaq adama hücum edib və sonda onu boğub. O, saxlanılıb.
Moskva vilayətinin İstintaq Komitəsi qətllə bağlı cinayət işi açıb.
Xuraman Etibarlı
İnterpress.az