Mağazalarda satılan jele konfetlərin içindən narkotik maddə ÇIXDI – FOTObackend

Mağazalarda satılan jele konfetlərin içindən narkotik maddə ÇIXDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niderlanddan gətirilən narkotik tərkibli konfetlər Ukrayna mağazalarında aşkar edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Qida və İstehlakçı Xidməti məlumat yayıb.

Ukraynanın Xmelnitski vilayətindəki mağazalara Niderlanddan gətirilmiş narkotik tərkibli jele konfetləri daxil olub.

Məlumata görə, çeynənilən şirniyyatların tərkibində narkotik təsirə malik psixoaktiv kannabis (çətənə) komponenti olan “delta-9-THC” maddəsi aşkar edilib.

Bildirilir ki, bu təhlükəli məhsul partiyası ölkəyə Niderlanddan idxal olunub.

Hazırda aidiyyəti qurumlar tərəfindən məhsullar yoxlanılır və satışda aşkar edildiyi təqdirdə onların dərhal dövriyyədən çıxarılması tələb olunur.

Xuraman Etibarlı

İnterpress.az