Makron Ukrayna üçün təhlükəsizlik qrupu yaradıldığını elan edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Fransa və Böyük Britaniyanın rəhbərlik edəcəyi qrupda Türkiyə və ABŞ da təmsil olunacaq.
Fransa prezidenti Emmanuel Makron Koalisiyanın iclasının yekunlarına dair bildirib ki, “İstəklilər koalisiyası” Ukraynaya təhlükəsizlik zəmanətlərinin hazırlanması məqsədilə xüsusi işçi qrup yaradacaq.
Qrupa Fransa və Böyük Britaniya rəhbərlik edəcək, Türkiyə və ABŞ isə prosesdə iştirak edəcək.
“Biz sabahdan etibarən Fransa və Böyük Britaniyanın rəhbərliyi altında, dəniz sahəsində əsas rol oynayan Türkiyə ilə sıx əməkdaşlıq çərçivəsində və ilk dəfə olaraq ABŞ-nin iştirakı ilə işçi qrup yaratmaq qərarına gəldik.
Yaxın günlərdə biz hər bir tərəfin töhfəsini çox ətraflı şəkildə işləyib hazırlaya və beləliklə, təhlükəsizlik zəmanətlərini yekunlaşdıra biləcəyik”, – Makron vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az






