Ermənistan artıq Rusiyanın ‘satelliti’ deyil.
İnterpress.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron deyib.
Fransa Prezidenti Emmanuel Makronun beynəlxalq müstəvidə səsləndirdiyi fikirlər Ermənistanın xarici siyasət kursundakı dəyişikliklərdən xəbər verir.
Makron vurğulayıb ki, Ermənistan artıq Moskvanın “satelliti” (peyki) kimi qəbul edilmir və ölkə öz xarici siyasətini fəal şəkildə yenidən formalaşdırır.
Dəyişikliklər təkcə bəyanatlar səviyyəsində deyil, konkret əməkdaşlıq çərçivəsində də özünü göstərir.
İrəvan Fransa və Böyük Britaniya daxil olmaqla, bir sıra Avropa ölkələri ilə hərbi və iqtisadi sahələrdə əməkdaşlığı əhəmiyyətli dərəcədə gücləndirir.
Bu vəziyyət fonunda Rusiyanın digər dövlətlər üçün nə qədər etibarlı müttəfiq olması sualı aktuallaşır.
Müharibə dövründə Moskvanın bir sıra ölkələrlə münasibətlərinin pisləşməsi fonunda, bəzi keçmiş tərəfdaşlar artıq alternativ əməkdaşlıq yolları axtarırlar.
Geosiyasi xəritə sürətlə dəyişir və Rusiyanın keçmiş müttəfiqləri getdikcə Kremldən uzaqlaşmağa üstünlük verirlər.
Xuraman Etibarlı
İnterpress.az






