Makron: Gənclərimizi Ukraynaya döyüşməyə göndərmək niyyətimiz yoxdurbackend

Makron: Gənclərimizi Ukraynaya döyüşməyə göndərmək niyyətimiz yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın gənclərini Ukraynada döyüşməyə göndərmək niyyəti yoxdur.

Interpress.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron açıqlama verib.

Makron bildirib ki, Fransanın gəncləri Ukraynaya döyüşməyə göndərmək kimi bir planı yoxdur.

Onun sözlərinə görə, hazırda əsas məsələ silahlı qüvvələrlə dövlət arasında əlaqənin gücləndirilməsidir.

Prezident əlavə edib ki, mövzuyla bağlı yaranan bütün yanlış təsəvvürlər dərhal aradan qaldırılmalıdır:

“Bizim gəncləri Ukraynaya göndərmək kimi bir niyyətimiz yoxdur. Söhbət bundan getmir”.

Xuraman Etibarlı

Interpress.az