Makron Netanyahuya MÜRACİƏT ETDİbackend

Makron Netanyahuya MÜRACİƏT ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Makron Netanyahuya ‘barbarlıq toxumu səpməməyə” çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Livanla bağlı beynəlxalq konfransda çıxış edən Fransa prezidenti İsrailin baş naziri Netanyahuya müraciət edib.

“Son günlər biz sivilizasiyalar müharibəsi və ya müdafiə olunmalı olan sivilizasiyalardan çox danışırıq. Özümüz barbarlıq səpərkən sivilizasiyanı müdafiə etdiyimizə əmin deyiləm”, – Makron deyib.

O, həmçinin “Livan Qəzza zolağında müharibədən qaçmalı olduğu halda İran Hizbullahdan İsrailə qarşı istifadə edir” deyə təəssüfləndiyini bildirib.

Xuraman Etibarlı

İnterpress.az