Makron və Netanyahu İrana qarşı birgə hərəkət etmək qərarına gəliblərbackend

Makron və Netanyahu İrana qarşı birgə hərəkət etmək qərarına gəliblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Benyamin Netanyahunun İrana qarşı birgə hərəkət etmək qərarına gəldiyi bildirilib.

Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.

Makron rəsmi təmaslar üçün Fransanın paytaxtı Parisə gələn Netanyahunu dünən Yelisey sarayında qəbul edib.

Yelisey Sarayından verilən açıqlamaya görə, Makron və Netanyahu dünən axşam birlikdə nahar edib və başda İran və Fələstin olmaqla bir çox regional məsələləri müzakirə ediblər.

Fələstin ərazilərindəki mövcud vəziyyətlə bağlı narahatlıqlarını Netanyahuya çatdıran Makron, Fələstinli və İsrail vətəndaşları arasında can itkisinə səbəb olan zorakılıq spiralını gücləndirəcək fəaliyyətlərdən qaçınılması lazım olduğunu xatırladıb.

Fransanın Məscidül-Əqsanın tarixi status-kvonuna sadiqliyini xatırladan Makron Netanyahuya “gələcəkdə Fələstin dövlətinin yaranma ehtimalı”na və bölgədə sülh ümidlərini sarsıdan qeyri-qanuni məskunlaşma fəaliyyətlərinə qarşı olduğunu bildirib.