Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edilib.
Baş Prokurorluğun Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, mayın 8-də işğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Xocalı rayon prokurorluğunda araşdırma aparılır.