Fransada ilk dəfə ağcaqanadları havada ovlayan kiçik dron hazırlanıb.
İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fransanın “Tornyol Systems” şirkəti tərəfindən ağcaqanadları ovlamaq üçün yaradılan kiçik dron ilk dəfə olaraq həşəratı birbaşa havada təqib edərək vurmağı bacarıb.
Layihənin əvvəlki sınaq mərhələlərində dron yalnız hərəkətsiz hədəfləri nişan ala bilirdi.
Yeni qurğu öz hədəfini ağcaqanad qanadlarının səsindən tanıyır. Dronun baza stansiyası xüsusi ultrasəs siqnalları göndərir, mikrofonlar isə qayıdan əks-sədanı qəbul edərək sistemi digər uçan həşəratlardan fərqləndirməyə kömək edir.
Şirkət artıq fərdi əraziləri sutka ərzində qoruyan dron və baza stansiyasından ibarət ev dəstləri üçün ilkin sifarişlərin qəbuluna başlayıb.
Tərtibatçıların əsas məqsədi bu unikal texnologiya vasitəsilə dünyada malyariya xəstəliyinə tamamilə qalib gəlməkdir.
Xuraman Etibarlı
İnterpress.аz






